İki həftəyə 100-ə yaxın ABŞ şirkəti Rusiyanı tərk edib

Baş səhifə
İki həftə ərzində Amerikanın 100-ə yaxın nəhəng şirkəti Rusiya bazarını tərk edib.

“102info.az” xəbər verir ki, bu barədə məlumatı “RBK-Ukraina” nəşri yayıb.

Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova sözügedən şirkətlərə mənəvi liderlik nümayiş etdirdiklərinə görə minnətdarlığını bildirib.

Onun sözlərinə görə, “Microsoft”, “Apple”, “PayPal”, “American Express”, “Visa”, “Mastercard”, “Boeing”, “Deloitte”, “Adobe”, “IBM”, “Cisco”, “Intel”, “Oracle”, “Ford”, “Dell”, “Delta Air Lines”, “General Motors”, “McDonalds”, “Starbucks” və bir çox digər nəhəng şirkət Rusiya bazarlarına gələcək investisiyaların dayandırılması, ölkə bazarlarında iştirakın dayandırılması ilə bağlı qərar qəbul ediblər.
Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir