Yol polisi qayda pozuntusunun görüntüsünü təqdim etməlidirmi? – CAVAB

Baş səhifə
Avtosfer.az sürücüləri maraqlandıran suallara vaxtaşırı aydınlıq gətirir. Ən çox müraciət olunan suallardan birinin açıqlamasını təqdim edirik:

YPX inspektoru inzibati xəta törətdiyim anın görüntüsünü mənə təqdim etmədi. Bu nə dərəcədə doğrudur?

Bildiririk ki, yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüququ vardır. Lakin törətdiyiniz yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildiyinə görə inzibati xətanın törədildiyi anın fotoşəklinin təqdim edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmayıb.

Şəfa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir