ABŞ Ukraynaya “Patriot” kompleksləri göndərməyəcək Baş səhifə 11 Mart 2022 DEMIR-YUMRUQ.AZLeave a Comment on ABŞ Ukraynaya “Patriot” kompleksləri göndərməyəcək “ABŞ yerli istehsalı olan “Patriot” zenit-raket komplekslərinin Ukraynada yerləşdirilməsinin mümkünlüyünü müzakirə etmir”.“102info.az” “Strana”ya istinadən xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi brifinq zamanı deyib.Onun sözlərinə görə, bu, ukraynalı həmkarlarına təlim keçmək üçün ABŞ ordusunun mövcudluğu demək olardı.“Biz aydın olaraq bildirmişik ki, ABŞ qüvvələri Ukraynada döyüşməyəcək”, – deyə Kirbi əlavə edib.