
“102info.az” “Sputnik Belarus”a istinadən xəbər verir ki, bu, tərəflərin son bir ayda ikinci şəxsi görüşü olacaq. Belə ki, bundan əvvəl Belarus və Rusiya liderləri fevralın 18-də danışıqlar aparıblar.
Prezidentlər görüş zamanı bölgə və Ukraynadakı vəziyyətlə yanaşı, iki ölkə arasında münasibətlərə dair məsələləri müzakirə edəcəklər.