Kəlbəcər rayon İcra Hakimiyyətinin əməkdaşları şəhid məzarını ziyarət edib.

Baş səhifə

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Həmzəyev Şəhriyar Elman oğlunun ad günündə məzarını ziyarət edib.
Şəhidin ad günü mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, şəhidin doğmaları, qazilər və rayon ictimaiyyəti iştirak edib. Rayon rəhbərliyi və rayon ictimaiyyəti ad günü mərasiminə qatılaraq şəhidin ailə üzvləri ilə görüşüb.
Kəlbəcər RİH başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tarixmizə nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında Xocavənd rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına şəhid olub. Subaydir, 30 oktyabr 2020-ci ildə Göygöl rayon Murovdağ qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib. Həmzəyev Şəhriyar 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə”medalları ilə təltif olunub. Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

102info.az
Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir