Cəlilabadda dəhşətli qəzada 5 nəfər öldü

Baş səhifə
Cəlilabadda yol qəzası baş verib, 5 nəfər ölüb.

“102info.az”ın Report-a istinadən məlumatına görə, hadisə Cəlilabad-Yardımlı yolunun Sərhədabad kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobillə “Mitsubishi” markalı maşının toqquşması nəticəsində “07”də olan sürücü, 1966-cı il təvəllüdlü Məlikov Sakeh İshaq oğlu, sərnişinlər 1978-ci il təvəllüdü Kərimov Elçin Xanverdi oğlu, 1970-ci il təvəllüdlü İmanova Şura Həsənağa qızı, 1995-ci il təvəllüdlü Şahbazova Gültəkin Həmzə qızı, 1975-ci il təvəllüdlü Kərimova Gülnarə Sulduz qızı hadisə yerində vəfat edib. Onların hamısı rayonun Şabanlı kənd sakinləri olub.

Qəza nəticəsində “Mitsubishi” markalı avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xərarətləri alıb. Onlar Cəlilabad rayonunun İnili kənd sakini, 1948-ci il təvəllüdlü Rəhimov Xudaş Musa oğlu, 1984-cü il təvəllüdlü Rəhimov Samir Xudaş oğlu, 2006-cı il təvəllüdlü Rəhimova Jalə Samir qızıdır. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.