Kamran Əliyev: “Heydər Əliyevin prokurorluq orqanları barədə çıxışları olub”

Baş səhifə

“Ümummilli lider Heydər Əliyev prokurorluq orqanlarının fəaliyyətinə daim diqqət yetirib”.

Oxu.Az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Kamran Əliyev bildirib ki, Heydər Əliyevin prokurorluq orqanları barədə çıxışları olub:

“Heydər Əliyevin 3 oktyabr 1994-cü ildə Azərbaycan xalqına müraciəti olub. Baş Prokurorluğun 80 illiyində 1998-ci ildə, eləcə də 2000-ci il 26 aprel iclasında müraciətləri olub. O, bu çıxışlarında daim prokurorluq orqanlarının əhəmiyyətini vurğulayıb. O, hər zaman prokurorluq orqanlarının fəaliyyətini dəstəkləyib və biz bu gün də ulu öndərin müəyyən etdiyi siyasi kurs üzrə öz fəaliyyətimizi davam etdiririk”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir