Aran bölgəsində 27 Sentyabr – Anım Günü qeyd olunub.

Baş səhifə

“Report”un Aran bürosu xəbər verir ki, Salyan, Neftçala, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və İmişlidə keçirilən anım mərasimlərində rayin icra hakimiyyətlərinin rəhbər və məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlər Xiyabanında Birinci Qarabağ döyüşləri, atəşkəs dövründə, Vətən müharibəsi, 2022-ci ilin sentyabr ayı və bu ilin 20 sentyabr tarixli lokal antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunub və tər gül dəstələri düzülüb.

Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

12:30

Sumqayıt şəhərində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir təşkil olunub.

“Report” un yerli bürosunun məlumatına görə, Sumqayıt Şəhidlər Xiyabanında keçirilən tədbirdə şəhərin icra başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhərdə fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində 44 günlük zəfər savaşından söhbət açılıb. Şəhidlərin fotolarından ibarət stend nümayiş olunub. Şəhər rəhbərliyi və digər rəsmi şəxslər həmin stendlərə baxış keçiriblər, şəhid ailələri ilə həmsöhbət olublar.

Sonda mərasim iştirakçıları, valideynlər şəhidlərin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri düzüblər.12:01

Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Oxu.Az xəbər verir ki, bu məqsədlə Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir