Uğurlu əməkdaşlıq formatları

Baş səhifə

  Məlum olduğu kimi, Bakı 24 noyabr tarixində növbəti dəfə mühüm Beynəlxalq tədbirə ev sahibliyi etmişdir. Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində keçirilmiş BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə çıxış etmişdir. Dövlət başçısı vurğulamışdır ki, Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümüdür. Hazırda Azərbaycan SPECA-ya sədrlik edir. Cari il BMT-nin Mərkəzi Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Hazırkı Zirvə görüşü Düşənbə görüşünün məntiqi davamı kimi qiymətləndirilməlidir.

İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsü Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dəstəklənmişdir. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir.

Yeni tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq. Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edirlər.

SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik.

Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Qırğız Respublikasının, Tacikistan Respublikasının, Özbəkistan Respublikasının prezidentləri və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini 2023-cü il noyabrın 24-də Bakı şəhərində Azərbaycan Respublikasının sədrliyi ilə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının birinci Zirvə görüşündə xüsusi Bəyannamə qəbul edilmişdir ki, həmin sənəd tarixə “Bakı Bəyannaməsi” adı ilə düşmüşdür. Bu da Azərbaycanın beynəlxalq aləmdəki yerinin möhkəmlənməsində və nüfuzunun yüksəlməsində yeni uğurlu addımdır.

İlkin Qubadov,

Qızıl Aypara Cəmiyyətinin

Cəlilabad Rayon Bölməsini

n sədri

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir