Azərbaycan-Belarus münasibətləri davamlı əməkdaşlığa söykənir

Baş səhifə

  Belarus və Azərbaycan arasında dinamik inkişaf edən əməkdaşlıq  strateji tərəfdaşlıq səviyyəsinə çatana qədər böyük yol keçmişdir. Azərbaycan-Belarus dövlətlərarası əlaqələri təkcə sıx ticarət-iqtisadi əlaqələrə, regional və beynəlxalq siyasətin bir sıra sahələrində ümumi milli maraqlara deyil, həm də ümumi tarixə əsaslanır. Azərbaycan və Belarus liderlərinin özləri də dəfələrlə bəyan etdikləri kimi, iki dövləti çoxdan səmimi dostluq münasibətləri birləşdirir. Təbii ki, beynəlxalq münasibətlərin qurulması baxımından dövlət başçılarının rolu həlledici əhəmiyyət kəsb edir. Azərbaycan ilə Belarus arasında uzunmüddətli əlaqələr bu cür qarşılıqlı fəaliyyətə nümunə ola bilər. Prezident İlham Əliyevlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında çoxillik və zamanın sınağından çıxmış möhkəm dostluq telləri onların milli və dövlət maraqlarını müxtəlif beynəlxalq platformalarda çiyin-çiyinə müdafiə etməyin şəxsi nümunəsidir.  

Hər iki dövlət  başçıları  sənaye, ticarət, kənd təsərrüfatı, enerji, tikinti, müdafiə və təhlükəsizlik sahələrində qarşılıqlı fəaliyyətin vacibliyini dəfələrlə vurğulamışlar. Məlumdur ki, Azərbaycan hərbi-texniki əməkdaşlıq sahəsində Belarusun ən mühüm tərəfdaşlarından biridir. İyirmi ilə yaxındır ki, Bakı Belarusdan müxtəlif növ silahların: artilleriya, tanklar, zirehli texnika, döyüş təyyarələri alınması üzrə liderlər siyahısındadır. Hərbi əməkdaşlığın səmərəliliyi 44 günlük Vətən Müharibəsi zamanı, Azərbaycanın öz ərazilərini erməni separatçılarından azad etmək üçün vuruşduğu zaman bariz nümünə oldu. Bu gün Azərbaycan bütün beynəlxalq səviyyədə tanınmış ərazisində suverenliyini bərpa edərək, işğalçılar tərəfindən şəhər və kəndləri xarabalığa çevrilmiş Qarabağ bölgəsinin dirçəldilməsi ilə fəal məşğuldur. Azərbaycanla həmrəylik nümayiş etdirərək, bu tarixi məqamın gəlişində Azərbaycan xalqı ilə qürur və xoşbəxtlik hissini bölüşərək, bir sıra ölkələr bu  ərazilərin infrastrukturunun bərpası işlərinə qoşulmaq təşəbbüsü ilə çıxış etmişdilər. Bu dost ölkələr arasında təbii ki, Belarus da var. Belə ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana iki günlük dövlət səfəri zamanı respublikanın Qarabağda genişmiqyaslı işlərdə iştirak etmək niyyətini təsdiqləyib. Aleksandr Lukaşenko  Füzuliyə və Şuşaya səfəri zamanı burada erməni vandalizminin nəticəsində dağıdılmış kənd və şəhərlərlə tanış oldu, burada  aparılan bərpa-tikinti layihələri ilə maraqlandı və gələcək inkişaf perspektivləri müzakirə edildi.   Belarus nümayəndə heyətinin Azərbaycana dövlət səfəri çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması, mühüm razılaşmaların əldə edilməsi, əlavə təmas nöqtələrinin və qarşılıqlı fəaliyyət yollarının tapılması Azərbaycan-Belarus dostluq müttəfiqliyində daha bir əlamətdar hadisə oldu. Prezident İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında da dediyi kimi, ” Gündəlikdə olan məsələlər kifayət qədər konkret xarakter daşıyır. İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri. əməkdaşlıq əlaqələri ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bütün məsələləri əhatə edir”.

Azərbaycan yeni reallıq yaradıb və hazırda Cənubi Qafqazın lider dövlətidir. Ölkəmizin iştirakı olmadan bölgədə heç bir layihə həyata keçirilmir. Azərbaycanım güclü nüfuzu olduğuna diqqət çəkən preziident A.Lukaşenko bildirdi: “Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz – Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik”.

Şübhəsiz ki, son 20 ildə aktivlik dəyərlərə sadiqliyin – yaxşılıq, ləyaqət, münasibətlərdə dürüstlük və nəticələrə diqqət yetirməklə müəyyən edilmişdir. Hər iki ölkənin rəhbərləri arasında, eləcə də dövlət qurumları səviyyəsində etimad münasibətləri Azərbaycanın və Belarusun mənafeyinə xidmət edir ki, son səfər də bunu əyani şəkildə nümayiş etdirir.

Rasət Bağırov,

Salyan rayon Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin

müavini

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir