Ümumi səylər bəhrə verir

Baş səhifə

Prezident İlham Əliyev cari ilin 6 iyun tarixində TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı çıxışında razılıq hissi ilə bəyan etdi ki, işğaldan azad edilmiş Qarabağda geniş quruculuq, abadlıq işləri aparılır və Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir. 

Dövlət başçısı həmçinin vurğulamışdır ki, Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, nəhəng coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır.

Türk Birliyi dövlətlərinin nəzərdə tutulmuş Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır. Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentləri Ağdama və Füzuliyə səfər etmişdir Birliyin göstəricisi. Azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır.

Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək.

Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. İndiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var.

Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən strateji hədəflər istiqamətində mühüm addımlar ataraq qardaş ölkələr arasında münasibətlərin keyfiyyətcə yeni müstəviyə çıxmasına nail olub. Bu gün Azərbaycanla türk dövlətləri arasındakı münasibətlər daim möhkəmlənir və bu istiqamətdə yeni perspektivlər açılır.

İqlim məsələləri bu gün Azərbaycanın gündəliyində duran əsas

vəzifələrdən biridir. Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir.

Abbas Zülfüqarov,

Cəlilabad Rayon Uşaq Gənclər İdman

Şahmat məktəbinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir