Ulu Öndər Heydər Əliyev ən yeni tariximizin yaradıcısıdır  

Baş səhifə

   Milli Qurtuluş günü milli bayramlarımız sırasına daxil olan tarixi günlərdən biridir. Qurtuluş gününü qeyd edərkən ilk növbədə gözlərimiz önünə dahi şəxsiyyət, Azərbaycan tarixində qüdrətli dövlət xadimi kimi əbədi ad qazanmış Heydər Əliyev gəlir. Və belə əlamətdar gündə hər bir Azərbaycan vətəndaşının deməyə sözümüz çoxdur. 

Milli Qurtuluş günü həyatımıza yeni növrağ bəxş etmiş, yeni nəfəs gətirmişdir. Cəmiyyətdə tutduğu mövqedən, vəzifəsindən, yaşından asılı olmayaraq hər bir azərbaycanlı bu günlərdə ulu öndərimizdən daha çox bəhs edir, onun həyat və fəaliyyətini xatırlayır, şanlı ömür yolunun salnaməsini bir daha vərəqləyir. Ümummilli liderimiz sözün əsil mənasında Azərbaycanın ən yeni tarixinin yaradıcısı, müstəqil dövlətimizin memarı, yeni və modern dövlətçilik ənənələrimizin müəllifidir.

Qurtuluşumuza gedən haqq yolunda xalqımız çətin sınaqlardan keçmişdir. Daha dəqiq desək, Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. İstefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər.

Müstəqilliyin ilk illərində Azərbaycanda yaşanan acınacaqlı mənzərə. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

Bu yolların əsas mərhələsinin keçilməsində bayraqdarlıq missiyasını Heydər Əliyev öz üzərinə götürdü. Ulu öndər bütün həyatını, bilik və təclübəsini, zəkasının qüdrətini, qüvvə və bacarığını xalqın xoş gələcəyinə, onun bəlalardan və məhrumiyyətlərdən xilas olmasına sərf etdi və inkişafımızın düzgün strategiyasını bizlərə əmanət qoydu. Onun dərin zəkanın sayəsində ölkəmiz demokratik, hüquqi inkişaf mövqelərinə çıxdı, qüdrətli şəxsiyyətin işıqlı ideyaları dövlətimizin müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün əzəmətli bir təməl oldu.

Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb.

Məmmədzadə Əliyev,

Cəlilabad Rayon İcra Hakimiyyəti

başçısı aparatının Hüquq şöbəsinin müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir