26 Oktyabr 2024-cü ildə Milli Məclisin deputatı Günay Ağamalının Neftçala rayonunun Aşağı Surra kəndində seçicilərlə görüşü keçirildi.
Öncə torpaqlarımızın azadlığı və suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edildi.
Daha sonra Millət Vəkili seçicilərin qaldırdığı cari problemləri və təklifləri dinlədi, onların həlli istiqamətində zəruri işlərin görüləcəyini diqqətə çatdırdı.
Ümumi tərkibli görüşün ardınca Şəhid Orucov Xalid Saleh oğlunun ailəsi ziyarət edildi.