YAP gəncliyin siyasi istinadgahıdır

Baş səhifə

Bildiyimiz kimi, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müstəqillik tarixinin mühüm səhifəsidir. 32 il bundan öncə yaşananlar Yeni Azərbaycan Partiyasının yaranmasını zərurətə çevirdi. Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan keşməkeşli yol keçib və ümumxalq partiyasına çevrilib. Azərbaycan xalqının Ümummilli Liderinin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyası həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb.

Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası öz sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən insanları birləşdirir. Eyni zamanda, cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edən gənclərin əksəriyyəti YAP sıralarında təmsil olunur və ictimai-siyasi proseslərdə aktiv iştirak edirlər. Bunun başlıca səbəbi ölkəmizdə həyata keçirilən gənclər siyasətinə paralel olaraq YAP-ın Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirməsidir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, özündə yüksək intellektual potensialı birləşdirən Yeni Azərbaycan Partiyasının sıralarında gənclər böyük üstünlük təşkil edirlər və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Bu gün YAP üzvlərinin 40 faizə qədərini gənclər təşkil edir.

Yeni Azərbaycan Partiyası öz sıralarında 800 minə yaxın insanı birləşdirərək, nəinki Azərbaycanda, eyni zamanda, bölgədə böyük siyasi qüvvəyə çevrilə bilib. Öz fəaliyyətini xalqın iradəsi əsasında davam etdirən, iştirak etdiyi bütün seçkilərdə üstün qələbələr qazanan, siyasi palitranın avanqard siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasında təmsil olunmaq isə çox böyük şərəf və məsuliyyətdir. Partiyamızın inkişafında ölkə əhalisinin ən fəal təbəqəsini təşkil edən gənclərin özünəməxsus yer tutması, eləcə də, diqqət və qayğı ilə əhatə olunmuş gənclərin partiyanın qüdrətinin və gücünün əhəmiyyətli dayaqlarından birinə çevrilməsi Ümummilli lider Heydər Əliyevin dediyi “Gənclər bizim partiyamızın sıralarında xüsusi qayğıya malik olmalıdırlar” fikrinin gerçəkliyə çevrilməsinin təsdiqidir. Partiya sıralarında gənclərin sayının durmadan artması isə Yeni Azərbaycan Partiyasında gənclik enerjisini artırmaqla gələcək inkişafımıza etibarlı təminat yaradır.

Qeyd etdiyim kimi, Yeni Azərbaycan Partiyasının üzvlərinin 40 faizə qədəri gənclərdən ibarətdir. Heç şübhəsiz, gənclərin partiyamıza axınının sürətlənməsində Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti xüsusi əhəmiyyət kəsb edir. Nəticə etibarilə, Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının milli maraqlara əsaslanan siyasət həyata keçirməsi, gənclərə xüsusi diqqət və qayğı göstərməsi və digər pozitiv məqamlar gənclərin partiyaya üz tutmasını şərtləndirir.

Torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyinin, monolit birliyinin təntənəsi oldu. 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi. Vəzifəsindən, sosial statusundan, milli-etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş, böyükdən kiçiyə qədər kəs bu müqəddəs savaşda İlham Əliyevin ətrafında səfərbər oldu, qələbəmizə öz tövhəsini verdi. Müharibənin əsas ağırlığı isə Azərbaycan gənclərinin üzərinə düşdü. Çünki amansız döyüşlərdə əldə silah düşmənin üzərinə gedən ilk növbədə gənclər oldu. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. 44 günlük müharibədə Vətən uğrunda canından keçərək o uca məqama, şəhidlik zirvəsinə ucalanlarında böyük əksəriyyətini məhz gənclər təşkil etdi. Dünən də, bu gün də, sabah da Azərbaycan gəncliyi vətənini, millətini, xalqını, torpağını sevməyi müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdən öyrənir.

Bu gün YAP qüdrətli siyasi təşkilat olaraq Azərbaycanın keçmişinin bütün əziyyətlərini öz üzərində daşıyaraq onu bugünkü inkişaf yoluna çıxarmaqla yanaşı, ölkəmizin bundan sonrakı taleyinin də məsuliyyətini öz çiyinlərində daşıyır. Bununla bərabər YAP üzvü olan hər bir şəxsin, yarım milyondan çox insanın ailəsidir. Bu gün partiya sıralarına daxil olan gənclər həmin ailənin üzvlərinə çevrilirlər. YAP-ın hər üzvü partiya üçün əzizdir, dəyərlidir, qiymətlidir.

Mailə Hacıyeva,

Salyan şəhər 6 saylı uşaq bağçasının müdiri,YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir