Deputat Günay Ağamalı şəhid valideyinlərini xəstəxanada ziyarət etdi-FOTO

Baş səhifə

Milli Məclisin deputatı Günay Ağamalı Salyan rayon Şorsulu kənd sakini Vətən Müharibəsində şəhid olmuş Ceyhun Ağayevin atası Etibar Ağayevi, Salyan rayon sakini şəhid Əli Tağıyevin atası Rahil Tağıyevi səhhətində yaranmış problemlə bağlı onların müalicə aldığı Salyan Rayon Mərkəzi Xəstəxanasında ziyarət edib.

Günay Ağamalı şəhid valideyinlərinin səhhəti ilə maraqlanıb, şəhidlərinizin valideyinlərinə Allahdan şəfa diləyib.

Ziyarətdə iştirak edən Deputat Günay Ağamalı şəhid ailələrinin və qazilərin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən daim xüsusi diqqətdə saxlanıldığını, Azərbaycan xalqı tərəfindən şəhidlərin xatirəsinin əziz tutulduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir