Jurnalist Səbuhi Məmmədli əməliyyat olundu-FOTO

Baş səhifə


Tanınmış jurnalist, Lent.az-ın əməkdaşı Səbuhi Məmmədli əməliyyat olunub.

M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ümumi şöbənin müdiri Ramil Məmmədli Lent.az-a açıqlamasında bildirib ki, əməliyyat uğurla keçib və hazırda jurnalistin vəziyyəti normaldır.

Qeyd edək ki, tanınmış jurnalist Səbuhi Məmmədli bir müddət əvvəl səhhətində yaranmış problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib. O, Respublika Klinik Xəstəxanasında, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Nərimanov Tibb Mərkəzində, M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müalicələr alıb.

 

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir