Ərdoğan xalqını müjdələdi: “Maskalarımızı çıxaraq” – FOTO

Dünya

Türkiyədə qapalı məkanda maska ​​tələbi ləğv edilib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında məlumat verib.

Qərar koronavirus pandemiyasından sonra ölkədə yaradılmış Elm Komitəsinin bu gün keçirilən son iclasında verilib. Tədbirdən sonra Türkiyə prezidenti çıxış edib.

Nitqinə “maskalarımızı çıxaraq” sözləri ilə başlayan Ərdoğan pandemiyanın dünyaya təsirindən danışıb, həmçinin epidemiya prosesində həyatını itirən tibb işçilərini yad edib.

O, həmçinin özünün sosial şəbəkə hesabından da paylaşım edib.

Mənbə: Gazete Duvar

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir