Ərdoğan Zelenski ilə danışdı

Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasından məlumat veirlib.

Məlumata görə, söhbət zamanı Rusiya-Ukrayna müharibəsindəki son hadisələr və danışıqlar prosesi ilə bağlı məsələlər müzakirə edilib.

Prezident Ərdoğan ukraynalı həmkarına vəziyyətin gündən-günə daha da acınacaqlı hala gəldiyi Mariupolda yaralıların və mülki şəxslərin təxliyyəsinin təmin edilməli olduğunu bildirib.

Mənbə: “Haber Global”

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir