Azərbaycan şəhərlərində fəlakət yaşanır – Deputat ŞOK FAKTI açdı

Baş səhifə

 

“Təəssüf ki, İrandakı molla rejimi başını itirib, bütün insani dəyərləri ayaq altına atmaqda davam edir. İndiki halda öz vətəndaşları olan güneyli soydaşlarımızın zəlzələ nəticəsində ağır duruma düşməsi, evsiz qalması İran tərəfindən adi hadisə kimi qarşılanır, onlara heç bir yardım göstərilmir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı Təbrizdə zəlzələdən zərər çəkən soydaşlarımıza yardım edilməsi ilə bağlı müzakirələr haqda danışarkən deyib.

O, Bakıdan göndərilən yardımların soydaşlarımıza çatmadığını bildirib:

“Bildiyimə görə, İranda zəlzələ baş verən zaman Azərbaycan, Türkiyə və başqa ölkələrdən göndərilən yardımlar zəlzələ nəticəsində əziyyət çəkən soydaşlarımıza çatmır. Əksinə, ayrı-ayrı yerlərdə himayə etdikləri döyüşçülərə göndərilir. Təsəvvür edin, İran rəhbərliyi başqa ölkədən gələn sovqatı Suriyada müharibə aparan hərbçilərinə və tərəfdarlarına göndərir”.

F.Ağamalı soydaşlarımıza yardım edilməsinin tərafdarı olduğunu deyib:

“Əlbəttə, çox istərdik ki, güneyli soydaşlarımıza yardım edək, lakin baş verənlər müəyyən maneələr yaradır. Mənə elə gəlir ki, Azərbaycan beynəlxalq təşkilatlar vasitəsilə yardım etməlidir. Sözsüz ki, göndərilən hər yardıma nəzarət edilməlidir ki, anbarlara yığılıb başqa yerlərə aparılmasın”.

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) İranda zəlzələdən əziyyət çəkən soydaşlarımıza yardım göndərilməsi ilə bağlı sorğumuza cavab olaraq bildirilib ki, hələlik belə bir addım nəzərdə tutulmayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir