Neftçala rayonunda ağacəkmə aksiyası keçirilib.

Baş səhifə

Müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin 100 illik yubeliyi ilə əlaqədar olaraq ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Ağacəkmə aksiyanın keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət verən Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ulu Öndərin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.

Dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

Ağacəkmə aksiyası zamanı 300 ədəd müxtəlif növ ağaclar əkilib.

#Neftchala #Azerbaijan🇦🇿

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir