Tarix yazan Böyük Sərkərdə-Cənab İlham Əliyev!

Baş səhifə

Misilsiz xidmətlərinə görə öz adlarını Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə həkk etdirən,eyni zamanda xalqımızın qəlbində özünəməxsus yer tutan, əsl liderlik keyfiyyətləri və müdrik siyasəti ilə seçilən tarixi şəxsiyyətlərimiz vardır. Həmin şəxsiyyətlərdən biri məhz XXI əsrin lideri – ölkəmizin və xalqımızın milli maraqları naminə hesablanmış praqmatik və rasional siyasəti ilə Azərbaycanı bütün istiqamətlər üzrə uğurlu gələcəyə doğru aparan Ölkə Prezidenti, doğma Partiyamızın Sədri cənab İlham Əliyevdir. Dövlət başçısının 18 illik prezidentlik fəaliyyəti dövründə Azərbaycan saysız-hesabsız uğurlara imza atmışdır. Azərbaycan tarixinin keçmişinə ekskursiya etsək şahid olarıq ki, Azərbaycan tariximizin heç bir mərhələsində inkişafın bu dərəcədə pik həddinə çatmamışdır. Statistik nəticələrlə,həmçinin beynəlxalq təşkilatların müvafiq hesabatlarında sosial-iqtisadi və ictimai-siyasi sahələrdəki nailiyyətlərinə görə ölkəmiz dünyanın ən qabaqcıl ölkələri sırasında göstərilir. Baxmayaraq ki, bir sıra cılız ünsürlər-radikal müxalif fikirli şəxslər dövlət və dövlətçilik əleyhinə qərəzli mövqedən münasibət bildirirlər və bizim uğurlarımızı ləkələməyə çalışırlar…,bir sözlə qarayaxma kampaniyası həyata keçirirlər. Ancaq necə deyərlər onlar feyk məlumatları danışar, uğur Karvanı yenədə yoluna davam edər.Və təbii ki bu ondan irəli gəlir ki, onlar ümumiyyətlə Azərbaycanın tarixindən xəbərsizdirlər. Həqiqəti qəbul etmək istəməyənlər bilməlidirlər ki, biz müsəlman ölkəsiyik və hazırda dünyada daha çox haqq-ədalət deyil, məhz ön planda güc amili rol alıb. Tək bunu söyləmək kifayət edər ki, xarici siyasətimizdə şahid olduq ki, bir sıra hegemon dövlətlər Azərbaycana qarşı xüsusilə haqq işimiz olan Vətən müharibəsində necə qərəzli və ikili standartlarla çıxış edirdilər.Buna baxmayaraq informasiya cəbhəsində spekuliyasiya xarakterli sualları həqiqətlərlə dəf edən cənab İlham Əliyev Ali Baş Komandan kimi həm də Müzəffər Ordumuzun “Dəmir Yumruq” əməliyyatına peşəkarlıqla rəhbərlik edir, ümumilikdə bütün platformalarda qərəzli münasibətlərə öz bacarıq və istedadı ilə tutarlı,tarixi faktlara uyğun cavablar verir, onları susdururdu.
Bəli məhz bu ikili münasibətlərin, güc amilinin və haqsız qarşıdurmaların hökm sürdüyü bir dünyada Azərbaycanda bütün vəziyyətin sabitliyini, ölkənin inkişafını, torpaqlarımızın bütövlüyünü və bizim bir xalq olaraq sülh,əmin-amanlıq şəraitində yaşamağımızı təmin edən, əsl liderlik keyfiyyətlərinə malik olan Prezident – Cənab İlham Əliyevdir.
2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır ki,bu məhz ölkəmizin beynəlxalq nüfuzunu artırmışdır. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” – fikri səsləndirən Prezident İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub. Bundan əlavə Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb. Həmçinin, ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub. Ölkə ərazisində internetin tətbiqi genişləndirilib və internet istifadəçiləri əhalinin 78 faizini təşkil edib. İKT sektorunun iqtisadiyyatda payı 3,7 dəfə artıb. Azərbaycan müasir dünyanın çağırışlarına daha dayanıqlı iqtisadiyyat formalaşdırmaqla cavab verir. Azərbaycanda yüksək texnologiyalar sürətlə inkişaf etmiş və ölkəmiz dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu.
Bildiyimiz kimi 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.Bu məhz Azərbaycan xalqının cənab Prezidentə olan sevgisinin və inamının növbəti bariz nümunəsidir.15 il ərzində sözügedən sahəyə xüsusi diqqət göstərilirdi. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur. Ümumilikdə sevindirici haldır ki, 2003-2022-ci illər milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrüdür. Prezident İlham Əliyev milli ideya ətrafında qalib xalqımızı birləşdirib. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub. Qeyd olunan illər eyni zamanda Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.
Bu uğurların davamını sübuta yetirən növbəti tarixi fakt-Böyük Qələbəmizlə nəticələnən 44 günlük Vətən müharibəsidir. Tariximizin demək olar ki,bütün mərhələlərində xalqımıza və ərazilərimizə qarşı işğalçılıq siyasəti aparmış Ermənistan Vətən müharibəsində Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti nəticəsində ağır məğlubiyyətə uğradı. Bir sözlə; döyüş meydanında diz çöküb,rəsmi kapitulyasiya aktına imza atdı.
Bu gün mənim üçün YAP Yevlax rayon təşkilatının əməkdaşı, qalib xalqın qalib nümayəndəsi kimi Vətən müharibəsini – möhtəşəm Qələbə ilə nəticələnən tarixi faktı söyləmək çox qürurvericidir. Doğma Partiyamızın Sədri, Ölkə Prezidenti cənab İlham Əliyev hakimiyyətə gəldiyi zaman bizim 20% torpaqlarımız işğalda idi və biz həmin dövrdən indiyədək bir qarış torpağımızı belə itirməmişik, əksinə işğalda olan torpaqlarımızı azad edib, qızıl hərflərdən ibarət Böyük Tarix yazmışıq!

Tural İsmayılov

YAP Yevlax rayon təşkilatının əməkdaşı.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir