Mingəçevir “Asan Peşə” Təhsil Mərkəzində narkomaniyanın zərərləri mövzusunda tədbir keçirilib

Baş səhifə

Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər “Asan Peşə” Təhsil Mərkəzində “Narkomaniya və pis vərdişlərdən uzaq olaq, sağlam həyat yaşayaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə polis əməkdaşları, mərkəzin rəhbərliyi və orada təhsil alan tələbələr iştirak ediblər.

Narkotik vasitələrin zərərləri, onların törətdiyi fəsadlar barədə tələbələrə ətraflı məlumat verən ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev onları vaxtlarını səmərəli keçirməyə və pis vərdişlərdən uzaq olmağa çağırıb.

Həmçinin, tədbirdə sağlam həyat tərzi istiqamətində maarifləndirmənin vacibliyindən, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən danışılıb.

Sonda mövzu ilə əlaqədar videoçarx nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir