DİN-nin Mətbuat Xidmətinin məlumatı

Baş səhifə

Mayın 22-də saat 19 radələrində İmişli rayonunun Xubyarlı kəndi ərazisində kənd sakini Elvin Əsədzadə idarə etdiyi “Mercedes” markalı avtomobili aşırmışdır. Xəsarət almış sürücü xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

***
Mayın 22-də saat 18 radələrində Ucar rayonunun Müsüslü kəndi ərazisində Mingəçevir şəhər sakini N.Əzizov idarə etdiyi “Ford” markalı avtomobillə Göyçay rayon sakini Nicat Tağıyevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

***
Mayın 22-də saat 20 radələrində Beyləqan rayonunun 2-ci Aşıqlı kəndi ərazisində rayon sakinləri R.Allahverdiyevin idarə etdiyi “VAZ-21061” markalı avtomobillə İ.İmanovun idarə etdiyi “T-28” markalı traktor toqquşmuşdur. Nəticədə R.Allahverdiyev və 2 sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilmiş, onlardan Rasim Fərzəliyev orada ölmüşdür.
Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir