Regionda sülhün və sabitliyin bərqərar edilməsi dövlətimizin əsas məqsədidir

Baş səhifə

 

Prezident İlham Əliyev IX Qlobal Bakı Forumundakı nitqində dünyanı narahat edən beynəlxalq məsələlər barədə tədbir iştirakçılarına öz fikirlərini çatdırdı. Dövlət başçısı vurğuladı ki, dəyişən dünyada yeni yanaşmaların işlənməsinə ehtiyac var. Prezident beynəlxalq aləmdə baş verənlərlə bağlı demişdir: “Dəyişiklik fundamentaldır. Hələ ki, proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşahidə olunur, lakin dünyanın fərqli olacağı aydındır və o, artıq fərqlidir. Buna görə də müzakirələr, fikir mübadilələri, bəzən fərqli fikirlərin, ziddiyyətləri yeni yanaşmaların işlənib hazırlanması üçün lazım olanlar da bunlardır. Əlbəttə ki, hər bir ölkə bu prosesə ilk növbədə təhlükəsizlik tədbirləri ilə bağlı töhfə verməlidir. Çünki təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran Azərbaycan işğal altındakı ərazilərini azad etdikdən sonra Ermənistanla sülh şəraiti yaradılması istiqamətində qəti addımlar atır. Bunun üçün İrəvana sülh müqaviləsi üzərində işləmək, sərhədlərin delimitasiyası və demarkasiyası prosesini həyata keçirmək və təbii ki, Zəngəzur dəhlizini açmaq kimi təkliflər verilib. Azərbaycan hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və bizim təklifin əsasını təşkil edən başqa prinsipləri də irəli sürdü.

Kommunikasiyaların açılması ilə bağlı Ermənistan 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmalıdır. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçib, lakin indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda bir disbalans yaradır.

Qeyd edilənlər Ermənistan cəmiyyətinə, onun mandat verdiyi hakimiyyətə yaxşı bəlli olsa da, bu ölkə regional inteqrasiya reallıqlarını qəbul etmək, yeni iqtisadi əlaqələr qurmaq, nəqliyyat dəhlizləri açmaq əvəzinə hələ də öz köhnə şakərinə sadiq qalaraq hər şeyi “inkar sindromu”ndan çıxış etməyə üstünlük verir. Bunu Zəngəzur dəhlizi kontekstində də görmək mümkündür. Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatında öz əksini tapıb. Bundan əlavə, 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatda da Zəngəzur dəhlizinin açılması, istifadəyə verilməsi təsbit edilib.

Azərbaycanın dövlət başçısı Forumdakı çıxışında dünyadakı münaqişələrin sülh yolu ilə həlli, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ədalətli dünya nizamının formalaşdırılmasının vacibliyini qeyd edib. Dövlətimizin başçısının dünyadakı hadisə və proseslərə yanaşma tərzi, qlobal böhran və problemlərə yanaşma forması bir daha Azərbaycanın nə qədər sülhpərvər siyasət yürütdüyünü ortaya qoydu: Ümumiyyətlə, Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər, sadəcə ölkəmiz üçün deyil, bütün region və onun gələcək inkişafı üçün yol xəritəsi hesab edilə bilər. Hesab edirəm ki, regionumuzun inkişafı və tərəqqisi üçün bütün region dövlətləri Azərbaycan Prezidentinin çağırışlarını dəstəkləməli, bu çağırışların daha geniş miqyasda reallaşmasına töhfələrini verməlidirlər.

 

Rafiq Ağayev, YAP Cəlilabad RT aparat rəhbəri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir