Azərbaycan qlobal çağırışlara töhfə verən bir ölkədir.

Baş səhifə

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da Qlobal dünya nizamına təhdidlər mövzusunda 9-cu Qlobal Bakı Forumu işə başlayıb.

Azərbaycanda təşkil edilən 9-cu Qlobal Bakı Forumu digər beynəlxalq forumlardan miqyasına və məzmun genişliyinə görə ciddi şəkildə fərqlənir. Daha dəqiqi, əgər Davos Forumu sırf iqtisadi və ya Münhen Forumu sırf təhlükəsizlik məsələlərini özündə ehtiva edirsə, Bakı Qlobal Forumu bu mənada daha universal və daha əhatəlidir. Yəni, bu forum beynəlxalq gündəmdə olan bütün siyasi, iqtisadi, humanitar və digər mövzulara açıqdır.

Müasir mərhələdə qlobal təhlükəsizlik bəşəriyyət üçün əhəmiyyətli bir faktora çevrilib. Geosiyasi nəzəriyyələrdə xüsusi yer verilən bu məsələ ciddi analiz edilir. Hətta onun real olaraq həll ediləcəyinə ümidlər çox azdır. Çünki dünyanın müxtəlif regionlarında elə təhlükəli proseslər vüsət alıb ki, onların qarşısının alınması mexanizmləri səmərə vermir. Bunun fonunda fərqli tənzimləmə üsulları irəli sürülür. Həmin prosesdə beynəlxalq təşkilatların və milli dövlətlərin rolu haqqında maraqlı fikirlər ifadə edilir. Əsas çətinlik isə bu kimi yeni ideyaların zəif şəkildə tətbiq edilməsindədir. Ancaq region miqyasında həm nəzəri olaraq müasir dövrün tələblərinə uyğun gələn, həm də praktiki tətbiqi tamamilə dinc üsullara söykənən modellər təklif edilir. Cənubi Qafqaz üçün bu keyfiyyətdə Azərbaycanın sülhə məcburetmə formulu diqqəti çəkir.

Azərbaycan region ölkəsi kimi faktiki olaraq təhlükəsizliklə bağlı çoxşaxəli fəaliyyət göstərməklə öz funksiyasını layiqincə yerinə yetirir. Bu zaman enerji faktorundan regional və beynəlxalq əməkdaşlıq üçün sivil üsulla yararlanır. Beləliklə, başqa ölkələrdən fərqli olaraq, Azərbaycan enerji amilindən təhlükə faktoru kimi istifadə etmir.

Hazırda Cənab Prezident İlham Əliyev enerji təhlükəsizliyi milli təhlükəsizliyin aparıcı elementi olaraq regional əməkdaşlığın istiqamətverici faktoru kimi çıxış edir. Bu, müasir geosiyasi proseslər üçün mühüm məqamdır. Onun nəzəri analizinə ciddi ehtiyac vardır. Çünki geosiyasi təhlükəsizliyi real müstəvidə təmin etmənin dəqiq prinsipi kimi 21-ci əsrin tələbinə tam uyğundur.

Qlobal təhlükəsizlik kontekstində regional təhlükəsizlik sisteminin formalaşmasında sülhə məcburetmə prinsipinin Azərbaycan formulunun mühüm bir özəlliyi vardır. Digər analoji modellərdən fərqli olaraq, Azərbaycan aparıcı faktor kimi hərbi gücü deyil, enerji sahəsində real əməkdaşlığı, ekoloji faktoru və ehtiyatlardan qarşı tərəfin təhdidlərini neytrallaşdırmaq üçün istifadə edilməsini daha doğru sayır. Bu məsələdə Azərbaycan tərəfi öz mövqeyini açıq şəkildə ortaya qoyur və dünya ölkələri də öz üzərinə düşən missiyanı layiqli şəkildə həyata keçirməlidir.

 

Cavid Mustafayev,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir