Bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atılacaq. 

Baş səhifə

 

Müharibədən sonra bu gün Azərbaycan Ordusu daha güclüdür – həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək. Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək

Ordumuzun inkişafı üçün ciddi addımlar atılır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 iyun 2022-ci il tarixində Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib. Cənab Prezident səfər çərçivəsində bir çox infrastruktur layihələrinin icrası ilə tanış olub, Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açlışlarında iştirak edib, Kəlbəcər İşğal və Zəfər myzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdrəetmə Mərkəzinin, Su istehsalı zavodunun və İstisu sanatoriyasının təməlini qoyub. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 26 iyun tarixində Silahlı Qüvvələr günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir. Bu tədbirin rəmzi mənası vardır. Dövlətimizin başçısı Silahlı Qüvvələr Günü Ordu ilə birlikdə olmuşdur. Cənab Prezident təntənəli mərasimdə çıxış etmişdir. Dövlətimizin başçısı öz çıxışında bir çox məsələlərə münasibət bildirmiş və mühüm mesajlar vermişdir. Qeyd olunmuşdur ki, “Altı ay bundan əvvəl, dekabrın 24-də birinci komando hərbi hissəsi azad edilmiş Hadrudda istifadəyə verilmişdir. Bu gün Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsini açırıq. Bu, onu göstərir ki, ikinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir”.

Cənab Prezidentin çıxışında qeyd olunmuşdur ki, bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüqudun norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyytlərini formal şəkildə davam etdirir. Bu nöqteyi-nəzərdən cənab Prezidentin rəhbərliyi ilə Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər, ordunun müasir silahlarla təmin edilməsi, müdafiə sənyesinin inkişaf etdirilməsi böyük əhəmiyyət daşıyır. Bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atılacaq. Bu gün Azərbaycan Ordusu daha güclüdür- həm təchizat nöqteyi-nəzərdən, həmdə döyüş qabiliyyəti nöqtey-nəzərdən. Bildirilmişdir ki, əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Qeyd olunmuşdur ki, “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın. Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır.

Azərbaycan xalqı istəyir ki, müharibə nəticəsində yaranmış reallıqlar hamı tərəfindən qəbul edilsin. Dünyanın aparıcı qüvvələri müharibədən sonrakı reallıqları artıq qəbul ediblər və öz fəaliyyətlərini bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir. Müharibədən sonra biz artıq qalib insanlar kimi yaşayırıq. Bütün dünya azərbaycanlıları yaçadıqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik. Bu tarixi qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik. Cənab Prezident İlham Əliyev çıxışını bu sözlərlə bitirmişdir: “Biz bütün dünyaya sübut etmişik ki, biz böyük xalqıq. Qarabağ hər zaman azərbaycan torpağı olub-işğal dövründə də, müharibə dövründə də, müharibədən sonra da və bu gün də. Qarabağ Azərbaycandır!”.

Azərbaycan Ordusunun son iki ildəki inkişafında ən önəmli məsələlərdən biri isə yeni alınan və tam olaraq hələ ki, açıqlanmayan ən müasir, innovativ silahlar, texnikalardır. Həmin texnikaların alınması həm maliyyə, həm də siyasi baxımdan Ermənistan üçün heç xəyal belə hesab edilə bilməz. Çünki Vətən müharibəsində müasir silahlarla bağlı iki ordu arasındakı fərqi bütün dünya gördü. Ekspertlər düşünürlər ki, bütün bu amilləri nəzərə alanda Ermənistandakı revanşist qüvvələrin cəhdləri suda boğulanın saman çöpünə əl atmasından o yana keçmir. Ya Ermənistanın hazırkı rəhbərliyi sülh müqaviləsi imzalayıb Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq, ya da revanşist qüvvələr baş qaldırarsa Ermənistanın dövlət kimi varlığı şübhə altına düşəcək. Hər iki ehtimalda nəticə Azərbaycanın xeyrinədir. Azərbaycan Ordusu güclüdür, qüdrətlidir, dünyanın ən güclü orduları sırasındadır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğının nəticəsində vahid komandanlıq prinsipi bərqərar edildi, ordunun maddi-texniki təminatı əvvəlki illərdən fərqli olaraq əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, hərbi hissə və birləşmələrin maddi-texniki, tibbi və digər vasitələrlə təmin edilməsi təşkil olundu, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ulu Öndər hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. Prezidentin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi yaradıldı, Müdafiə Nazirliyinin sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. Beləliklə Ümummilli Liderin qətiyyəti sayəsində vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, qeyri-qanuni silahlı dəstələr ləğv edildi, orduda peşəkarlığı artırmaq, ixtisaslı hərbçilər yetişdirmək siyasəti həyata keçirildi. Peşəkar və hazırlıqlı zabitlərin Türkiyə Silahlı Qüvvələrində təhsil almalarına start verildi. lk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdi. Prezident Heydər Əliyevin  22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşərək, “Əlahiddə Azərbaycan korpusu”nun təşkil olunduğu gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarixin rəsmi dövlət bayramı kimi qeyd edilməsi qərara alındı. Ümummilli Lider Heydər Əliyev siyasətinin ən layiq davamçısı İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəldikdən sonra ordu quruculuğunda yeni dövr başladı. 2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artaraq hərbçilərimizin xidmət şəraiti yaxşılaşdırıldı, onlarla hərbi şəhərcik yaradıldı, hərbi hissə və hərbi şəhərciklərin 80 faizi yenidən tikildi və əsaslı təmir edildi. Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidməti Akademiyasının yaradıldı.

Ali Baş Komandan hər zaman haqlı olaraq belə hesab edib ki, Vətəni qoruyan, onun təhlükəsizliyini təmin edən, düşmən hücumlarına və təxribatlarına özünü sipər edən şəxslərin sosial rifahı, yaşam səviyyəsi yüksək olmalı, onlar maddi çətinlik, mənzil problemi kimi problemlərə üzləşməməlidir. Bu məqsədlə dövlətimizin başçısı mütəmadi surətdə hərbçilərin sosial təminatının gücləndirilməsi ilə bağlı fərmanlar imzalayıb və göstərişlər verib. Belə ki, 2011-ci il 28 dekabrda Prezident İlham Əliyev Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Fərman imzaladı. Bu fərman nəticəsində Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edildi. Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibəti ilə 2018-ci il 26 iyunda Bakıda möhtəşəm parad keçirildi. Bu parad ordu quruculuğunda qazanılan uğurların təsdiqi oldu. Paraddan sonra müasir Azərbaycan Ordusunun vəziyyəti, döyüş qabiliyyətini daha aydın təsəvvür etmək mümkün oldu. Böyük iqtisadi və siyasi əhəmiyyət kəsb edən bu parad sübut etdi ki, Azərbaycan Ordusu güclüdür, qüdrətlidir, torpaqlarını qorumağa və işğaldan azad etməyə qadirdir.

 

YAP Salyan rayon Təşkilatının üzvü,

44 günlük vətən müharibəsi iştirakçısı Əziz Samin

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir