Qarabağda və Zəngəzurda həyata keçirilən quruculuq, abadlıq işləri işğaldan azad olunan şəhər və kəndlərimizə yeni həyat gətirəcək.

Baş səhifə

 Bu gün Azərbaycan bütün dünyada nümunəvi inkişaf modelinə və milli tərəqqi yoluna malik müstəqil respublika kimi tanınır. 44 günlük müharibədən sonra yaranan reallıqlar bölgənin inkişafını təmin etməkdədir. Azərbaycan öz gücü hesabına azad olunmuş əraziləri tamamilə yenidən və müasir strandartlara uyğun şəkildə qurulacaq. Mənfur düşmən işğal dövründə bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan etdib, bütün tarixi abidələrimizi dağıdıb. Hazırda Qarabağda yenidənqurma, bərpa-quruculuq işləri geniş miqyas alıb. Bütövlükdə həm Qarabağda, həm Şərqi Zəngəzurda quruculuq, abadlıq işləri planlı şəkildə aparılır. Bu işlərdə dünyanın müxtəlif ölkələrinin şirkətlərinin iştirakı Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. 

Bərpa və quruculuq işləri isə kompleks şəkildə həyata keçirilir. Həm yeni infrastrukturlar inşa edilir, həm Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatı bərpa olunur, həm də keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün təsdiqlənmiş baş planlara uyğun olaraq yaşayış məhəllələri salınır, kəndlər “ağıllı” konsepsiyalarla yenidən qurulur.

Azərbaycanın həyata keçirdiyi kompleks tədbirlər bölgənin nəqliyyat və kommunal infrastrukturunun bərpasını da əhatə edir.Qarabağ və Şərqi Zəngəzur həm də enerji, xüsusilə bərpa olunan enerji potensialı ilə töhfə verməkdədir. Artıq ötən il azad edilmiş ərazilərdə 9 elektrik yarımstansiyası inşa edilib, eyni zamanda alternativ enerji mənbələrindən səmərəli istifadə üçün praktik addımlar atılır. Bərpa prosesi həm də iş yerləri, kənd təsərrüfatı və sənaye parklarının qurulmasını əhatə edir. Bir sözlə, Azərbaycan postmünaqişə dövründə qarşıya qoyduğu vəzifələri plan üzrə yerinə yetirir. Qarabağda və Zəngəzurda həyata keçirilən quruculuq, abadlıq işləri işğaldan azad olunan şəhər və kəndlərimizə yeni həyat gətirəcək. Əldə olunan uğurlar həm də layihələrin vaxtında icra olunur. Görülən odur ki, azad olunmuş ərazilərimiz yüksək səviyyədə bərpa olunur, yenidə qurulan bütün şəhər və kəndlərimizdə müasir həyat standartları yaradılır. Artıq yeni həyatın təzahürləri görünməkdədir.

Bu gün tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq böyük işlər görür. İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə ölkə başçısı bir daha vurğuladı ki, Azərbaycan Qarabağı və Zəngəzuru öz hesabına, kimsədən kömək ummadan, kənardan bir manat almadan yenidən qurur.

 

 

Mahiyəddin Mazanov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir