Salahova Sailə YAP Pirallahı rayon təşkilatının ictimai-siyasi həyatında fəallığa görə fəxri fərmanlar təltif edilib.

Baş səhifə

YAP Pirallahı rayon təşkilatının təsis edilməsinin 9-cu ildönümü qeyd olunub.

Pirallahı rayonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təsis edilməsinin 9-cu ildönümü münasibətilə tədbir keçirilib. “ 7 Gözəl” restoranında keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev, ərazi partiya təşkilat sədrləri və partiyanın fəal üzvləri iştirak ediblər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov partiya üzvlərini əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, Yeni Azərbaycan Partiyası Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub.
Natiq daha sonra qeyd edib ki, YAP Pirallahı rayon təşkilatı ən gənc rayon təşkilatı olmasına baxmayaraq əldə etdiyi naliyyətlərlə ümumi işimizə öz töhfəsini verməkdədir. Ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində, sosial şəbəkələrdə aparılan təbliğat işlərində, gənclərin siyasi maarifləndirilməsində Pirallahı rayon təşkilatı hər zaman aktivlik nümayiş etdirmişdir. Qürur hissi ilə qeyd etmək istərdim ki, rayon təşkilatımız həm uçot işinin təşkilində, həm üzvlük haqlarının toplanmasında, həm sosial şəbəkələrdəki fəaliyyətdə ölkənin ən yaxşılarındandır. Bu naliyyətin əldə olunmasında sizlərin, ərazi partiya sədrlərinin və fəalların böyük xidməti var və sizin hər birinizə minnətdaram.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca YAP-ın yaranma tarixindən danışıb. Bildirib ki, “91-lər”in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda ümummilli lider Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransında müxalifət partiyası kimi yaradılan YAP qısa müddətdə cəmiyyətdə layiqli yerini tutdu, aparıcı siyasi qüvvəyə çevrildi. X. Qoca onu da vurğulayıb ki, 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü günlərdə Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması nəticəsində siyasi-ictimai sabitlik bərpa olundu, vətəndaş müharibəsinin qarşısı alındı. Məhz Ulu Öndərin gərgin səyləri ilə Azərbaycan çətinliklərdən keçdi, inkişaf və tərəqqiyə qovuşdu. Bu gün Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bölgənin söz sahibinə çevrilib.
Çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev qeyd etdi ki, bu gün də YAP möhtərəm Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiyamız ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir. Vətən müharibəsində bütün dünya Müzəffər Ali Baş Komandanımızın, möhtərəm İlham Əliyevin yüksək strateji dühasının və sərkərdəlik istedadının canlı şahidi oldu. Bu misilsiz zəfər bizi tarixin qalib xalqına çevirdi. Ulu Öndərimiz Heydər Əliyevin və cənab Prezidentin siyasətinə sadiq olan Pirallahı sakinləri bundan sonra da bu yola sədaqətlə xidmət göstərəcəklər.
Tədbirin sonunda Salahova Sailə YAP Pirallahı rayon təşkilatının ictimai-siyasi həyatında fəallığa görə fəxri fərmanlar təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir