Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlığa keçidinin təmin edilməsi tarixi zərurətə çevrilib

Baş səhifə

 

Avropa dünyanın müasir geosiyasi xəritəsində və geoiqtisadi arxitekturasında aparıcı rol oynayır. Eyni zamanda Azərbaycan Avropanın bu gün əldə etdiyi nailiyyətlərindən geniş surətdə istifadəsini qaçılmaz zərurət kimi ortalığa qoyur. Bu baxımdan Avropa ölkələri ilə əməkdaşlıq, bu region ilə inteqrasiyanın daha da dərinləşdirilməsi xarici iqtisadi strategiyamızın mühüm strateji istiqamətlərindən birini təşkil edir.

Hazırda Aİ dünya iqtisadiyyatında aparıcı roluna malikdir. Azərbaycanın Aİ ölkələri ilə iqtisadi əməkdaşlığının mövcud potensialdan daha yüksək səviyyədə istifadə edilməsi, dünyanın böyük həcmli bazarı, habelə iri maliyyə və güc mərkəzlərindən biri olan Aİ-nin güzəştli ticarət rejimindən, nəhəng investisiya imkanlarından, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum faydalanması üçün, ölkənin milli maraqlarının və inkişaf perspektivlərinin prioritetliyinə əsaslanan, regionda və dünyada gedən proseslərə çevik reaksiya vermək qabiliyyətində olan,super güclərin geosiyasi və geoiqtisadi maraqlarını nəzərə alan inteqrasiya strategiyasının formalaşdırılması və onun ardıcıl, məqsədyönlü və sistemli şəkildə həyata keçirilməsi dünyanın geoiqtisadi mənzərəsinin sürətlə dəyişildiyi bir şəraitdə həyati əhəmiyyət kəsb edir ki, bütün bunlar da Avropa İttifaqı ilə əməkdaşlığın daha yüksək mərhələyə – strateji tərəfdaşlığa keçidinin təmin edilməsini tarixi zərurətə çevirir.

Bu baxımdan iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və Aİ birgə “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanması ikitərəfli münasibətlərin inkişafında yeni mərhələyə qədəm qoyacaq. İmzanlanmış memorandum tarixi sənəd olmaqla böyük əhəmiyyətə malikdir. Mətbuata çıxışı zamanı Prezident İlham Əliyev və xanım Ursula Fon der Lyayen sənədi enerji sahəsində on beş ildən artıq davam edən ikitərəfli əməkdaşlığın məntiqi nəticəsi kimi dəyərləndirdilər.

İmzalanmış memorandum onu göstərir ki, regionun gələcək inkişafı ilə əlaqədar Avropa İttifaqının üzərinə götürdüyü öhdəliklərə əməl edəcək. Bir daha qeyd etmək lazımdır ki, bu əməkdaşlıq Azərbaycanı Avropa İttifaqına strateji tərəfdaş kimi tanıtdırır. Bu da Prezident İlham Əliyevin yürütdüyü daxil və xarici siyasətin dəqiqliklə hesablanmış siyasətə dayandığının göstəricisidir.

Aytac Məhərrəmli,

YAP Nizami rayon təşkilatının məsləhətçisi

 

Səmil Şahlaroğlu 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir