Biləsuvar rayonunda Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirildi

Baş səhifə

 

22 iyul 2022-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətində Milli Mətbuat Günü və Jurnalistlərin Peşə Bayramı Günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, mətbuat nümayəndələri, sayt və qəzet rəhbərləri, müxbirlər iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan başçı Faiq Qürbətov mətbuatın 147 illik keçdiyi inkişaf yolundan, cəmiyyətdə əvəzsiz rolundan danışıb. Başçı eyni zamanda tədbirdə iştirak edən mətbu orqanların nümayəndələrinə Biləsuvar rayonunun ictimai-siyasi, sosial-iqtisadi, kənd təsərüfatı, elmi, təhsili, mədəniyyətinin, ölkədə baş verən proseslərdə biləsuvarlıların rolunun mətbuatda mütəmadi işıqlandırdıqları üçün minnətdarlığını bildirib.

Daha sonra Milli Mətbuat Gününə həsr olunmuş sərgiyə baxış keçirildi.
İştirakçılar rayon rəhbərliyinə onlara Peşə Bayramı Günü ilə əlaqədar göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirdilər.
Rayon rəhbərliyi tərəfəndən tədbir iştirakçılarına hədiyyələr təqdim olundu. Sonda xatirə şəkli çəkildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir