Bu gün şəhid Vüsal Dəmirovun doğum günüdür

Baş səhifə

 

Ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Dəmirov Vüsal Aydın oğlunun doğum günü İsmayıllı Şəhidlər xiyabanında qeyd edilib.

Mərasimdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri, şəhidin ailəsi, yaxınları, döyüş yoldaşları, qazilər, şəhid ailələri, rayon sakinləri iştirak ediblər.

Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar ediblər.

Çıxış edənlər şəhid Vüsal Dəmirovun keçdiyi şərəfli ömür yolundan danışıb, torpaqlarımızın azadlığı uğrunda göstərdiyi igidlikdən bəhs ediblər.

İ.Həsənov adına 1 saylı tam orta məktəbin və Cülyan kənd tam orta məktəbin şagirdləri şəhidə həsr olunmuş kompozisiya ilə çıxış ediblər.

Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Məlumat üçün bildirək ki, Vüsal Dəmirov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Səmil Şahlaroğlu 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir