Neftçala rayonunda Vətən müharibəsi şəhidinin doğum günü qeyd olunub-FOTO

Baş səhifə

 

Neftçala rayonunda Həsənəbad qəsəbəsinin Vətən müharibəsi şəhidi Xüsusi Təyinatlı Qüvvələrin giziri Əliyev Maarif Təbriz oğlunun 27-ci doğum günü qeyd olunub.

Tədbirdə Neftçala RİH başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon ictimaiyəəti iştirak edib.

Şəhidin ailə üzvləri görüşən Neftçala RİH başçısı Mirhəsən Seyidov ailənin sosial vəziyyətləri, qayğıları, məişət şəraiti və digər məsələləri ilə maraqlanıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən Müharibəsinin tarixi əhəmiyyətindən danışıb və şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıb. Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli hər zaman Prezident İlham Əliyev tərəfindən diqqət və qayğıda saxlanıldığını vurğulayıb.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət, qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Şəhid Əliyev Maarif Təbriz oğlu 9 sentyabr 1994-cü il Neftçala şəhərində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabr ayının 12-də Neftçala şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalı və “Kəlbəcərin azad olunmasına görə” medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı və “Xocavəndin azad olunmasına görə” medalları ilə Maarif Əliyev ölümündən sonra təltif edilib.??

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir