Azərbaycanın öz ərazisində yaratdığı müasir nəqliyyat infrastruktu nəticəsində tranzit yüklərinin həcmi əhəmiyyətli dərəcədə artır.

Baş səhifə

Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında 1992-ci ildə qurulmuş diplomatik münasibətlər və dövlətlərarası əlaqələr bu gün yüksələn xətlə inkişaf edir. 2015-ci ildə iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə nəticəsində bu əlaqələr yüksək səviyyəyə qalxmışdır. Bu gün isə Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin rəsmi dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da bu ölkəyə rəsmi səfər edib. Rəsmi səfərin Azərbaycan – Bolqarıstan diplomatik münasibətlərinin 30 illiyinə təsadüf etməsi ölkələrimiz arasındakı dialoqun ən yüksək səviyyədə olmasını göstərir. Ölkələr arasında siyasi əlaqələr davamlı olaraq inkişaf edir, nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirilir. Səfər çərçivəsində Ölkə başçısı bildirdi ki, enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə isə bu əhəmiyyət daha da artmışdır. Azərbaycan qazı artıq Bolqarıstandadır və ixrac ediləcək qazın həcminin artırılması nəzərdə tutulub. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir və qaz hasilatını artıraraq öz tərəfdaşlarını təbii qazla təmin etmək üçün əlindən gələni edir. 

Prezident İlham Əliyev çıxışı zamanı Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi və Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumun tarixi əhəmiyyətini vurğulayıb. Ölkə başçısı bildirib ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bir çox ölkələri təbii qazla təmin etməyə imkan verir. Bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir.

Həmçinin nəqliyyat təhlükəsizliyi məsələsinin vacibliyini vurğulayan ölkə başçısı bildirib ki, Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır. Ölkəmizin öz ərazisində yaratdığı bu müasir nəqliyyat infrastruktu nəticəsində tranzit yüklərinin həcmi əhəmiyyətli dərəcədə artır. Cari ildə tranzit yüklərin həcmi təqribən 50 faizə yaxın artmışdır. Gələcəkdə bu rəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar.

YAP Quba rayon təşkilatı XRMİ-nin Quba rayonu üzrə nümayəndəliyi ərazi partiya təşkilatının sədri:M

irkazım Cəfərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir