Biz haqq yolunda çarpışırıq

Baş səhifə

 Biz son 30 il ərzində beynəlxalq təşkilatların, dünyanın qabaqcıl dövlətlərinin Ermənistanın işğal və təcavüzkarlıq siyasətini laqeydliklə seyr etdiyinə şahdi olduq. Gördük ki, sözdə insan haqlarından, insan hüquqlarından bəhs edən, bu hüquqların aliliyindən danışan beynəlxalq təşkilatlar əməli baxımdan yüz minlərlə Azərbaycan vətəndaşının erməni işğalı nəticəsində pozulan hüquqlarının müdafiəsi istiqamətində heç bir addım atmadı. Heç bir beynəlxalq təşkilat, dünyanın aparıcı dövləti işğalçılıq siyasətindən əl çəkməsi üçün Ermənistana təzyiq göstərmədi. Məhz buna görə də 30 ildən sonra – 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan bu problemi hərbi yolla həll etmək məcburiyyəti qarşısında qaldı. Azərbaycan əsgəri dünya dövlətlərinin, beynəlxalq təşkilatların 30 ildə həll edə bilmədiyi, daha doğrusu, həll etmək istəmədiyi problemi cəmi 44 gün içərisində həll etdi.

Praqa görüşü Prezident İlham Əliyevin timsalında Azərbaycanın müstəqil və qətiyyətli siyasət yürütdüyünü bir daha nümayiş etdirməklə yanaşı Ermənistanın suveren dövlət olmadığını növbəti dəfə təsdiqlədi. Məlum olduğu kimi Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, missiya yalnız Ermənistan ərazisində olacaq. Ermənistana gəlincə, bu dövlət sözügedən sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha ortaya qoydu.

Qeyd edək ki, qardaş Türkiyə dövləti həm 44 günlük Vətən müharibəsində, həm də post-müharibə dönəmində Azərbaycana mənəvi-diplomatik baxımdan böyük dəstək verdi və bu gün də verməkdədir. Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan bu müddət ərzində dəfələrlə Ermənistan hakimiyyətinə çağırışlar etdi, rəsmi İrəvanı Azərbaycanın sülh səylərini dəstəkləməyə, regionda vəziyyəti gərginləşdirməkdən imtina etməyə çağırdı. Qardaş Türkiyənin, onun prezidentinin bu cəhdləri regionumuzda sülhün, sabitliyin bərpası istiqamətində atılan mühüm addımlardır və bu addımlar Azərbaycan xalqı tərəfindən təqdirlə qarşılanır.

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması üçün bütün addımları atıb və artıq hər şey Ermənistan hakimiyyətindən, onun bu məsələdə üzərinə düşən məsuliyyəti nə dərəcədə dərk etməsindən asılı olacaq.

Adil Qardaşxanov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının Şatırlı kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir