Sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün təhdid yaratmır 

Baş səhifə

Dekabrın 12-dən başlanmış aksiya hər bir halda siyasi xarakter daşımaqdadır. O anlamda ki, erməni separatizmi bu gün Azərbaycan torpaqlarında aparılan ekosid siyasətinin ilhamvericisi, hamisi qismində çıxış edir. 

Ermənistan rəsmi dairələrinin, onların yandaşlarının guya “Laçın yolu”nun bağlanması – Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin humanitar böhranla üzləşməsi haqqında “iddia”larına gəldikdə isə buna ən tutarlı cavab rəsmi qurumlarımızdan gəldi: həmin yol Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının “sülhməramlı” kontingenti tərəfindən bağlanıb. Yəni bizim etiraz aksiyası keçirən vətəndaş cəmiyyəti institutları fəallarımız yol bağlayan deyil, öz ölkələrinin suveren hüquqlarını tələb edən tərəfdir.

Keçirilən sülh aksiyası səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilməyib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə hələki inteqrasiya olunmayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin müvafiq açıqlamasında da vurğulandığı kimi, “Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır və Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur. Mövcud vəziyyətin guya humanitar böhrana səbəb ola biləcəyi barədə iddiaların həddən artıq şişirdildiyini qeyd edən nazir Azərbaycan tərəfinin ərazilərimizdə yaşayan erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa daim hazır olduğunu diqqətə çatdırıb.

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini əngəlləyən yeni problem yaranıb və bu problemin də adı var: Ruben Vardanyan. Onun sözlərinə görə, Rusiyanın ən varlı adamlarından biri bu il Cənubi Qafqazda Rusiyanın “maraqlarına” qarşı çıxıb, Rusiya vətəndaşlığından imtina edib və orada separatçılıq əhval-ruhiyyəsini qızışdırmaq üçün qanunsuz olaraq Azərbaycan ərazisinə ─ Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonaya köçüb. R.Vardanyan orada olana qədər Qarabağda sülh yox, müharibəyə hazırlıq gedəcək. Əldəqayırma dövlət naziri R.Vardanyanın Laçın yolunda azərbaycanlı fəalların sivil aksiyasını ermənilərin mübarizəsinin, bir növ tarixi qəhrəmanlıq dastanına çevirməyə cəhd etməsi R.Vardanyanın Xankəndinə ara qarışdırmaq üçün gəldiyini təsdiqləyir.

Vüqar Mirzəyev,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir