Əvəz Zeynallı yaxşı bilir “Az yeyənin həkimə, düz gedənin hakimə yolu düşməz” 

Baş səhifə

 

Əli Kərimli, Kəramət Böyükçöl, Bəxtiyar Hacıyev kimi insanlar bu qədər qanunazidd əməllərinə görə tutulmur Əvəz Zeynallı tutulursa, demək ölkədə demokratiya, söz azadlığı var, bundan sui-istifadə edənlər var, eyni zamanda korrupsiya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə var. Sirr deyil ki, kimsə əsassız saxlanılmır və həbs edilmir, bunu bilə-bilə kimisə aldatmağa gərək var, siyasi məhbus adı qoymağa ehtiyac var?!

 

Əvəz Zeynallının səs yazısını 6 yaşlı uşağa dinlətdirsən, söhbətin puldan getdiyinə ciddi şəkildə şübhəsi yaranacaq. Bu gün qanun pozuntularına yol verən əksər müxalif fikirli insanlar zənn edir ki, hökumət qorxacaq və onları həbs etməyəcək, çünkü onlar özlərinə “siyasi məhbus” adı qoyacaqlar, zənn edirlər “siyasi məhbus” qorxusu gələrək “bir çox qanunsuz əməllərə yol verə bilər və məsuliyyətdən yayına bilərlər”. Sağlam və şəffaf cəmiyyət naminə bu insanlara qarşı ciddi mübarizə aparmaq labüddür. Azərbaycanda demokratiya və söz azadlığı dünyanın ən inkişaf etmiş ölkələrindən zərrə qədər geri qalmır, hətta daha da irəlidir, bunu görməmək mümkün deyil. Azərbaycan hökumətinin siyasi sifarişlə kimisə həbs elətdirməsinə zərrə qədər ehtiyacı yoxdur. Ölkədə Xalq-İqtidar birliyinə, siyasi rejimin necə mükəmməl idarə olunduğuna baxaraq hərkəs bunu asanlıqla görə bilər, buradan anlamaq olar ki, ölkədə hal-hazırda “siyasi məhbus” yoxdur, ola bilməz, eyni zamanda saxlanılan və həbs olunanlar konkret olaraq hansısa cinayət əməlinə görə saxlanılıb, yaxud həbs olunublar. Hər şey burdan başlayır: Bir çox insanlar müxalif fikirli olduqları üçün, onlara “hər şey” olar zənn edirlər.

Mircalal Mehdiyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir