18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib

Bölgə


14 aprel 2022-ci il tarixdə İsmayıllı rayon Mərkəzi Meydanında 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi, Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə rəhbərləri iştirak ediblər.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub və əziz xatirəsi ehtiramla yad olunub.

Daha sonra Mərkəzi Meydanda təşkil olunan sərgiyə baxış keçirilib, İsmayıllı Rayon Regional Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramına qulaq asılıb.

Tədbirin rəsmi hissəsi İsmayıllı rayon Heydər Əliyev Mərkəzində davam etdirilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir