“20 Yanvar” dairəsində yaranmış sıxlıq aradan qaldırılıb – YENİLƏNİB

Baş səhifə

“20 Yanvar” dairəsində dağılan yük yoldan götürülüb, hərəkət təmin olunub.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzini məlumat yayıb.

Hazırda Bakı-Sumqayıt şosesi, “20 Yanar” metrosu istiqamətində hərəkət intensivliyinin artırılması məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindın dairədə olan svetoforlara “yaşıl dalğa” rejimi tətbiq edilir.

***
20:24

Yasamal rayonu, “20 Yanvar” dairəsində yük avtomobillərindən birində olan yükün yolun hərəkət hissəsinə dağılması səbəbindən Bakı-Sumqayıt şosesi “20 Yanvar” metro stansiyası və Moskva prospekti istiqamətlərində nəqliyyat sıxlığı yaranıb.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzini məlumat yayıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir