8 Noyabr – Cənab Prezident İlham Əliyevin Rəhbərliyi ilə Qazanılan Zəfər Günü

Baş səhifə

Əziz həmvətənlər!

8 Noyabr – Zəfər Günü xalqımızın qəhrəmanlıq salnaməsinin ən şanlı səhifələrindən biridir. Bu gün Azərbaycan xalqının milli birliyinin, ordumuzun rəşadətinin və Ali Baş Komandan cənab İlham Əliyevin müdrik, qətiyyətli rəhbərliyinin rəmzidir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə yalnız hərbi gücün deyil, eyni zamanda xalqın dövlətinə, ordusuna və rəhbərinə olan sarsılmaz etimadının təntənəsidir.

Cənab Prezident İlham Əliyevin “Dəmir yumruq” gücü ilə xalqımızın iradəsi, ordumuzun qəhrəmanlığı birləşərək tarix yazdı. Bu tarixi Zəfər torpaqlarımızı işğaldan azad etdi, 30 illik həsrətə son qoydu və Azərbaycanın gücünü, birliyini bütün dünyaya nümayiş etdirdi.

Bu Qələbə şəhid qanı ilə müqəddəsləşən zəfərdir. Azərbaycan Ordusunun igid əsgər və zabitləri, şəhidlərimiz və qazilərimiz bu tarixdə əbədi iz qoydular. Onların göstərdiyi misilsiz qəhrəmanlıq xalqımızın yaddaşında daim yaşayacaq, gələcək nəsillər üçün əbədi örnək olacaqdır.

Zəfər Günü bizə xatırladır ki, bu torpaqların hər qarışı müqəddəsdir, bu Vətən uğrunda canından keçən hər bir şəhidin xatirəsi əziz və unudulmazdır. Biz bu qələbəni qorumaq, dövlətimizin qüdrətini və rifahını artırmaqla onların müqəddəs ruhuna ən böyük ehtiramı göstərmiş oluruq.

Bu möhtəşəm gün münasibətilə xalqımızı, qəhrəman əsgər və zabitlərimizi, şəhid ailələrini və qazilərimizi dərin ehtiramla təbrik edirəm.
Uca Tanrı Azərbaycanın müstəqilliyini, sülhünü və əmin-amanlığını daim qorusun!

Səmil Şahlar oğlu
Ana Vətən Partiyasının
Salyan rayon Gənclər təşkilatının sədri,
İmza Üzvü, media nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir