07.11.2023-cü il tarixində Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 10-13 və 14-17 yaşlı şagirdləri arasında “Şanlı Zəfər” adlı inşa-yazı, şeir müsabiqəsinin final mərhələsi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd gənc nəslə Vətənə sevgi, məhəbbət hisslərini aşılamaq, Azərbaycanın tarixi qələbəsini təbliğ etmək, həmçinin istedadlı şagirdlərin öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şərait yaratmaqdır.
Müsabiqədə ilk üç yeri tutan şagirdlər diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.





