Şirvan-Salyan Regional Təhsil İdarəsinin tədbirlər planına planına uyğun olaraq 19.01.2023-cü il tarixində Salyan şəhər 2 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “20 Yanvar -Qan yaddaşımızdır” mövzusunda dəyirmi masa keçirildi.
Dəyirmi masada Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Allahverdiyev, idarənin bir qrup əməkdaşları və məktəb kollektivi iştirak edirdi.
İlk öncə Vətən uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Dəyirmi masa müzakirəsində giriş nitqi ilə çıxış edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Allahverdiyev çıxış edərək bildirmişdir ki, 20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Daha sonra Salyan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Aynur Əsgərova faciə barədə qısa məlumat verdi.
Keçirilən dəyirmi masada mövzu haqqında müzakirələr aparılmış,Ulu Öndərin 20 yanvar hadisələrinə siyasi qiymətin verilməsində və dünya ictimaiyyətinə çatdırılmasındakı rolu haqqında ətraflı məlumatlar verildi.
Sonda məktəblilərin ifasında 20 Yanvar-Ümumxalq Hüzn Gününə və şəhidlərimizə həsr olunmuş şeirlər dinlənildi.

