İranda məktəbdə partlayış olub Dünya 24 Yanvar 2023 DEMIR-YUMRUQ.AZ İranın Məlayer şəhərində məktəbdə partlayış olub. APA-nın məlumatına görə, partlayış nəticəsində məktəbin xidmətçisi xəsarət alıb. İlkin məlumata görə, partlayışa səbəb qaz sızması olub. Yaralı yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.