Salyanda Polis“Narkomaniyaya yox deyək!”mövzusunda tədbir keçirdi-FOTO

Baş səhifə

Salyan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 4 saylı orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Görüşdə RPŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərov çıxış edərək bəşəriyyətin ən böyük bəlalarından birinə çevrilən narkomaniyaya qarşı birgə mübarizənin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Şöbə rəisi gənclər arasında sağlam həyat tərzinin təbliği, narkomaniya və digər neqativ halların qarşısının alınması məqsədilə keçirilən maarifləndirici tədbirlərin böyük rolu olduğunu vurğulayıb, eləcə də ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ciddi tədbirlərin həyata keçirildiyini məktəblilərin diqqətinə çatdırıb.
Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb və “ağ ölüm”ün zərərlərini əks etdirən videoçarx nümayiş olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir