Almaniya Bundesliqa komandalarından olan “Borussia Dortmund” Kahramanmaraşda zəlzələ qurbanlarına yardım edəcək.
Bununla bağlı alman klubu açıqlama yayıb.
Açıqlamada bildirilib ki, klub zəlzələdən zərər çəkənlərə kömək etmək üçün 19 fevral “Herta Berlin” ilə matçda geyinəcəkləri xüsusi formaları hərraca çıxarmağa qərar verib.
Həmçinin fanatlara Türkiyə və Suriyadakı insanlara kömək etmək üçün ianə etmələri ilə bağlı da çağırış edilib.
Mənbə: Haber Global
