İsmayıllı Olimpiya İdman Kompleksində şəhid Cavidan Bədəlovun xatirəsinə həsr olunmuş rayon birirnciliyi keçirilib-FOTO

İdman

26 mart 2023-cü il tarixdə İsmayıllı Olimpiya İdman Kompleksində rayon Gənclər və İdman İdarəsinin və İsmayıllı Kikboksinq İdman Klubunun təşkilatçılığı ilə şəhid Cavidan Bədəlovun xatirəsinə həsr olunmuş kikboksinq idman növü üzrə rayon birirnciliyi keçirilib.

Kikboksinq idman növü üzrə rayon birinciliyinin keçirilməsində əsas məqsəd Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini daim yad etmək, kikboksinq idman növünün inkişafı, kütləviliyin təbliği və təşviqi, idmançıların təlim-məşq prosesinin təkmilləşdirilməsi olub.

Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon Gənclər və İdman İdarəsinin rəisi və əməkdaşları, İsmayıllı Kikboksinq İdman Klubunun direktoru və məşqçi müəllimlər, şəhid valideyinləri və idmançılar iştirak ediblər.

60 nəfərə yaxın idmançının iştirak etdiyi yarışda hər çəki üzrə I, II və III yerə çıxan idmançılar Təşkilat komitəsinin diplom və medalları ilə təltif olunublar.

 

#

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir