Şəmkirdə insident olub, avtomobil atəşə tutulub

Kriminal

Şəmkir rayonunda çay evində insident olub, avtomobil atəşə tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinə martın 13-də saat 1 radələrində Şiştəpə kəndi ərazisindəki çay evlərinin birində kənd sakinləri N.Bağıyevin və əvvəllər məhkum olunmuşlar – E.Nağıyev və qardaşının xuliqanlıq zəminində bir-birlərini döymələri, E.Nağıyevin ov tüfəngindən açdığı atəşin kənd sakini H.Həsənova məxsus “Mercedes-Benz” markalı avtomobilə dəyməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində E.Nağıyev və N.Bağıyev saxlanılıblar.

E.Nağıyevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir