YEVLAXDAN SONRA TBİLİSİ…

Siyasət

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanmasılə bağlı cənab prezident İlham Əliyevin müəllifi olduğu format önə çıxmaqdadır.

Azərbaycanın Qranada və Brüssel görüşlərindən haqlı və maraqlarımızla tam üst-üstə düşən imtinası, Ermənistanla Rusiya arasında münasibətlərin kritik həddə çatması və bu arada prezident İlham Əliyevin Gürcüstana rəsmi, qısamüddətli səfəri zamanı söylədiyi üç Qafqaz Respublikasının regiona verəcəyi töhfələr, Gürcüstanın Baş Naziri İrakli Qaribaşvilinin isə Azərbaycan-Ermənistan barışında Tibilisi platformasının əhəmiyyəti haqqında anonsları gələcək proseslərin başlanğıcı kimi dəyərləndirilməlidir.

Bir neçə gün öncə Tbilisidə “İpək Yolu”nun 4-cü Beynəlxalq Forumunda Azəbaycan Respublikasının Baş Naziri Əli Əsədovun çıxışında Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunmasında Azərbaycanın prinsipial mövqeyi konkret faktlarla önə çəkildi. Gürcüstan Baş Nazirinin Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasında ev sahibliyinin edilməsinin mümkünlüyü haqqında niyyətinin təkrarlaması, Əli Əsədovla Nikol Paşinyan arasında baş tutan görüş münasibətlərin normallaşmasında yeni səhifə açmaqdadır.

Unutmaq olmaz ki, bir neçə müddət öncə Prezident İlham Əliyevin “regional problemləri regionla hər hansı bağlılığı olmayanlar deyil, regional dövlətlər məşğul olmalıdılar” kimi yeni çağrışı Ermənistanın həvəssiz mövqeyi istisna olmaqla, region dövlətləri olan Türkiyə, Rusiya və İran tərəfindən həssaslıqla qarşılandı. Artıq bu yolda nikbinlik yaradan daha bir addım atılmışdır.

Görünən odur ki, Azərbaycan erməni münasibətlərinin normallaşmasında Yevlaxdan sonra Tibilisi də tarixə xoşməramlı şəhər kimi daxil olacadır.

Fəzail Ağamalı,
Millət vəkili, Ana Vətən Partiyasının sədri

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir