Ərdoğan: “Şimali Kiprin TDT-yə tamhüquqlu üzvlüyünü Azərbaycan da dəstəkləyir”

Siyasət

“Şimali Kipr, bizə görə Türk Dövlətləri Təşkilatının (TDT) tamhüquqlu üzvüdür. Bu məsələdə Azərbaycanın münasibəti də bizimlə eynidir”.

Oxu.Az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə yola düşməzdən əvvəl Esenboğa hava limanında keçirdiyi mətbuat konfransında deyib.

O, TDT-nin Şuşada keçirilən iclasında təmsil olunduğunu xatırladıb.

“Növbəti mərhələ Şimali Kipri tamhüquqlu üzv kimi rəsmiləşdirmə yönündə işlərdir. Türk dövlətləri ilə bu məsələ müzakirə olunur. Şimali Kiprin Prezidenti Ersin Tatarın o dövlətlərin rəhbərləri ilə münasibətlərini inkişaf etdiririk”, – deyə Türkiyənin dövlət başçısı bildirib.

Qeyd edək ki, R.T.Ərdoğan NATO ölkələrinin dövlət və hökumət başçılarının sammitində iştirak etmək məqsədilə ABŞ-yə gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir