Sumqayıtda iş zamanı yanıq xəsarətləri alan fəhlənin son durumu açıqlandı

Cəmiyyət

“İyulun 14-də 1988-ci il təvəllüdlü (kişi cinsli) şəxs yanıq xəsarəti ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub”.

Bunu APA-nın sorğusuna cavab olaraq Yanıq Mərkəzindən bildiriblər.

Qeyd olunub ki, ona bədən səthinin 60-65%-nin yanığı, III dərəcəli termiki alov yanığı diaqnozu təyin edilib.

Hazırda vəziyyəti ağır qiymətləndirilir.

Sumqayıtda fəhlə iş zamanı yanıq xəsarətləri alıb.

“Report” məlumat verir ki, hadisə “Tuq zavod” adlanan ərazidə yerləşən istehsal müəssisələrinin birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Hamlet Elxan oğlu Şiriyev müəssisədə iş görən zaman termiki yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir