Salyan rayon icra hakimiyyəti əməkdaşı Qəzada öldü.4 nəfər ölüb.Bir neçə nəfər yaralanıb-VİDEO

Cəmiyyət

İndilərdə Salyan rayonunun Seyidlər kəndində baş verən ağır yol qəzası nəticəsində 4 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşıb.

Həlak olanlardan 2-si azyaşlıdır, onlardan ikisi bir ailənin üzvüdür.

Həlak olanların kimliyi müəyyən edilib. Bunlar 1993-cü il təvəllüdlü Aqil Amil oğlu Məmmədov, Nərmin Güləli qızı İsmayılova və onların azyaşlı övladlarıdır.

Əraziyə təcili yardım briqadası, Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, Aqil Məmmədov Salyan Rayon İcra Hakimiyyətinin sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi idi.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir